Tbilisi şəhərindəki “Avropa Evi”ndə Gürcüstanın Kvemo Kartli–Borçalı bölgəsində yaşayan azərbaycanlıların toxuduqları xalçaların sərgisi açılıb.
Sərgi “Qafqaz Ümid Əməkdaşlığı” təşkilatının təşəbbüsü ilə keçirilib. Təşkilatın rəhbəri amerikalı Rayn Smit açılışda çıxış edərək xalçaçılıq sənəti və qədim xalça nümunələri haqqında məlumat verib. O bildirib ki, Bakıda Azərbaycan dili və xalçaçılıq sənətini öyrəndikdən sonra Gürcüstana köçüb və hazırda burada xalçaçılıqla məşğul olur: “Biz xalça mədəniyyətini yaşatmaq istəyirik və buna nail oluruq. Bir xalça 2-3 aya toxunur və azərbaycanlı qadın xalça ustaları bu işi məharətlə görürlər. Bu sənət nəsildən-nəslə ötürülür. Bizim müxtəlif çeşnilər barədə zəngin məlumatımız var və artıq 50-dən çox xalça toxunub”.
Sərgidə 15 xalça nümayiş olunub.
Sonda xalça ustalarına hədiyyələr təqdim edilib.