Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə Gəncə şəhərində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.
Bədii hissədən sonra rəsmi ziyafət təşkil olunub.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonu ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.