Məşhur serialda böhran: Aktyor bir qələmlə sildi... - FOTO

Məşhur serialda böhran: Aktyor bir qələmlə sildi... - FOTO backend

"Kuruluş Osman" serialında böyük böhran yaşanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, filmin əsas oyunçusu, "Osman" obrasını canlandıran Burak Özçivitin həm serialın prodüserini, həm də serialın rəsmi ünvanını sosial mediada təqib etməməsi gündəm olub. Özçivitlə prodüser şirkəti arasında yaşanan böhranın səbəbi hadisədən sonra ortaya çıxıb.

ATV ekranlarında yayımlanan "Kuruluş Osman" serialı reytinq rekordları qırır. 2Diriliş Ertuğrul"un davamı olan serialda baş rolu Burak Özçivit canlandırır.

Burak Özçivit və Özge Törer rol aldığı serialda qısa müddətli böhran yaşanıb.

Serialla "əl sıxışdığı" gündən bu yana 5 sezon davam edəcək layihəni planlaşdıran baş rol ifaçısı Burak Özçivitin hərəkəti hadisə olub.


Burak Özçivit İnstaqram səhifəsində həm serialın prodüseri Mehmet Bozdağ, həm də serialın rəsmi ünvanını təqib etməyi dayandırıb. Məşhur aktyorun serialın fotolarını silməsi də diqqət çəkib.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, bu davranışının səbəbi maraq mövzusu olan Özçivitin son bölüm ssenarisinə görə əsəbiləşdiyi öyrənilib.

Kulisdə səslənən iddialara görə, məşhur aktyor ssenaridə arxa planda olduğu əsas səhnədən narahat olub və o, əsəbiləşərək prodüseri sosial şəbəkədə təqib etməyi dayandırıb.

Ssenari dəyişikliyindən sonra böhran aradan qaldırılıb. Burak Özçivit daha sonra təqibdən çıxardığı hesabları yenidən səhifəsinə əlavə edib.

QAZİLER.AZ

Diaspora