Bakı Xoreoqrafiya Akademiyası (BXA) və 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, konsertdə Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri, media üzvləri, ictimai fəallar iştirak edib.
Qeyd edək ki, bəzi rəqs nömrələri BXA şagirdlərinin və 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin uşaqlarının təqdimatında nümayiş olunub.
BXA şagirdlərinin ifasında təqdim olunan “Nazeləmə”, “Lalələr”, “Sarı gəlin”, “Xarı bülbül”, “Qırmızı papaq”, “Buratino”, “Pyero”, “Gəlincik”, “Hörümçək” və s. kimi rəqslər anşlaqla keçən konsertdə tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.