Bakıda Robert Sturuanın tamaşaları nümayiş etdiriləcək

Bakıda Robert Sturuanın tamaşaları nümayiş etdiriləcək backend

Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gələcək. Səfər çərçivəsində məşhur gürcü rejissoru, SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Sənət ocağından Lent.az-a verilən məlumata görə, tamaşalar oktyabr ayında nümayişə başlayacaq.

Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, 11-də Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim ediləcək.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi grücü teatrının qatsrol səfəri haqqında fikirlərini bölüşüb: “Robert Sturua dünya səviyyəli bir rejissordur. Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı,istərsə də Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq”.

Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.
Diaspora