Sentyabrın 12-də “Millətlər festivalı” çərçivəsində paytaxt Brazilianın “Millətlər məktəbi”ndə Azərbaycana həsr edilmiş təqdimat keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məktəbin 2-ci sinif şagirdləri Azərbaycanın milli geyimlərində “Cücələrim” mahnısını ifa edib və bu ifa tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Eyni zamanda, məktəbin şagirdləri tərəfindən ölkəmizin mədəniyyəti, incəsənətini, tarixi, idman sahəsində nailiyyətləri haqqında hazırlanan ekspozisiya nümayiş olunub, habelə Azərbaycanın milli şirniyyat nümunələri təqdim edilib.Tədbirdə yüzlərlə braziliyalı və xarici qonaqlar iştirak edib.