VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ustad dərsi“ keçirilib

VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ustad dərsi“ keçirilib backend

Sentyabrın 21-də Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Avropa Musiqi Akademiyasının prezidenti Paolo Petrorelli, Estoniyanın tanınmış skripka ustası Mina Yarvi və İtaliyan pianoçu Mikele Kampanellanın iştirakı ilə "ustad dərsi" və "açıq dərs" keçirilib.

AZƏRTAC xəbər verir ki, VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbirdə mədəniyyətin ölkələr arasında sülhə xidmət etdiyini söyləyən xarici qonaqlar Bakıda ilk dəfə olduqlarını bildirib və şəhərimiz haqqında xoş təəssüratlarını bölüşüblər.

Sonda Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasında skripka və pianoda ifaları dinlənilib.

Konsertdə Baxın, Mendelsonun, Paqanininin və digər qərb bəstəkarlarının əsərləri səsləndirilib.

Şagirdlərin ifalarını rəğbətlə qarşılayan qonaqlar onlara ustad tövsiyələri veriblər.
Diaspora