Azərbaycanı bu il "Avroviziya"da təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində bir sıra görüşlər keçiriblər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, TuralTuranX Liverpulda "Avroviziya" fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər.
Bundan başqa, təmsilçilərimiz mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar.
"Avroviziya"nın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.