Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB Universiadası” keçirilir (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB Universiadası” keçirilir (FOTO) backend

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB Universiadası” keçirilir. Universiadada Rusiya ali məktəblərinin tələbələri iştirak edirlər.

QAZİLER.AZ Trend-ə istinadən  xəbər verir ki, rusiyalı tələbələr arasında ən nüfuzlu tələbə idman yarışlarından birinin proqramına voleybol, basketbol, stolüstü tennis, minifutbol, şahmat və dama kimi idman növləri, dostluq marafonu daxil edilib.

Aprelin 28-də şahmat üzrə yarışlar başa çatıb. Bu yarışlar çərçivəsində yeddi tur təşkil olunub. Turnir cədvəlində birinci yeri Milli Tədqiqat Nüvə Universitetinin “Moskva Fizika-Mühəndis İnstitutu”nun tələbəsi Niyazi Nağdıyev, ikinci və üçüncü yerləri müvafiq olaraq, Moskva Dövlət Pedaqoji Universitetinin məzunu Səbuhi Xosrovov və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsi Vüsal Məmmədov tutublar. Şahmat üzrə turnirin qalibi əsas mükafatı – “Baku Open 2023” beynəlxalq şahmat festivalında doğma təşkilatı təmsil etmək fürsəti qazanıb.

Dama üzrə turniri Rusiya Dövlət Sosial Universitetinin tələbəsi Viktor Yeqorov qazanıb, ikinci yerdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Nicat Movlayev, üçüncü yerdə isə Moskva Texnologiya Universitetinin tələbəsi Murad Ağayev qərarlaşıblar.

Bütün mükafatçılar və qaliblər kuboklarla təltif olunublar.

 

 

Diaspora