Deniel Dey Lyuis Hollivudda “Dövrümüzün ən böyük aktyoru” titulunu almış tək sənətkardır. O, 3 dəfə “Oskar” mükafatı almasına baxmayaraq, şöhrətdən uzaq dayanıb çəkməçi işləyir.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, o, bunu aktyor sənətinin çox çətin olması və kinodan uzaq dayanması arzusu ilə əlaqələndirir.
Deniel 1957-ci ildə Britaniyada məşhur yazıçı və aktrisanın ailəsində doğulsa da, həmişə məşğul olan valideynləri ona diqqət ayırmayıb. Buna görə internat məktəbdə böyüməli olan oğlan dava etməyi, küçə jarqonunu yaxşı öyrənmişdi. İnsan xarakterlərinə yaxşı bələd olması gələcəkdə onun aktyor karyerasında əvəzsiz rol oynadı.
Deniel müxtəlif obrazlara girməyi, bir- birinə tamailə zidd rollar yaratmağı bacaran ən mahir aktyordur. O dərəcədə dəyişir ki, onu rejissorlar belə tanımaqda çətinlik çəkir.
Aktyor hazırda İtaliyada yaşayır. Çəkməçilik sənətini inkişaf etdirərək kiçik bir istehsal müəssisəsi açıb və Deniel Lyuis markası altında keyfiyyətli italyan ayaqqabıları tikir.
Hər dəfə rejissorlar onu dilə tutub filmə çəkdikdən sonra (cəmi 26 filmə çəkilib) Lyuis yenidən öz çəkməçi dükanına qayıdır və bir daha kinoya çəkilməyəcəyinə söz verir.