Taleh Yüzbəyov: “Kino sahəsində hüquqlarımı qoruyan qurum yoxdur”

Taleh Yüzbəyov: “Kino sahəsində hüquqlarımı qoruyan qurum yoxdur” backend

“Hüquqlarımı qoruyan bir qurum yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində müzakirə zamanı rejissor Taleh Yüzbəyov deyib.

O qeyd edib ki, təxminən iki il öncə kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılmasını təklif ediblər:

“Təklif etsək də, bu məsələ nəticə vermədi. Bu sahədə özümü yetim kimi hiss edirəm. Çünki hüquqlarımı qoruyan bir qurum yoxdur. Bizə kömək edilsin, bu məsələ öz həllini tapsın”.

Diaspora