Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 14-24 marta nələr olacaq?

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 14-24 marta nələr olacaq? backend

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramı ərəfəsində və günlərində, yəni martın 14-dən 24-dək uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, həmin günlərdə “Dəcəl keçi”, “Məlikməmməd və sehrli almalar”, “Qoğalın nağılı”, “Qırmızıpapağın nağılı” tamaşaları göstəriləcək. Tamaşadan əvvəl Novruzun atributları olan Kosa və Keçi səhnədə uşaqları təbrik edəcəklər.

Novruz bayramı ərəfəsində teatrda premyeralar da nəzərdə tutulur. Martın 7-də gənc yazıçı və dramaturq Pərvinin Azərbaycan xalq nağılı əsasında “Dəcəl keçi” tamaşasının premyerası olacaq. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Martın 14-də Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş “Məlikməmməd və sehrli almalar”dır.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Diaspora