Göygöl və Samuxda mədəni-musiqili görüşlər təşkil olunacaq

Göygöl və  Samuxda mədəni-musiqili görüşlər təşkil olunacaq backend

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə cari ilin sentyabrın 21-də Göygöl, sentyabrın 22-də Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə, sentyabr ayının 23-də isə Samux rayonunda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, gənc ifaçıların kənd əhalisi ilə görüşləri keçiriləcək.


Nazirlikdən AZƏRTAC-a bildirilib ki,t Tədbirlər regionlarda gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədilə təşkil olunur.

Görüşlərdə respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Teyyub Aslanov, Azad Şükürov və digər sənət adamlarının çıxışları nəzərdə tutulur.
Diaspora