Mədəniyyət Nazirliyi: "Ənvər Həsənova yardım göstəriləcək"

Mədəniyyət Nazirliyi: "Ənvər Həsənova yardım göstəriləcək" backend

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

"2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - məlumatda vurğulanıb.

Diaspora