Məşhur aktyor Kazım Akşar dünyasını dəyişdi

Məşhur aktyor Kazım Akşar dünyasını dəyişdi backend

Bu xəbəri məktəb yoldaşı paylaşıb

İnfarkt keçirən məşhur aktyor Kazım Akşar 69 yaşında dünyasını dəyişib. Kədərli xəbəri açıqlayan Melek Baykal: “Səhər-səhər bütün o ağrıların üstündə sənin də dərdin bizi məhv etdi”, mesajı ilə öz səhifəsində paylaşım edib.

Acı xəbər 2004-cü ildə Birol Güvenin prodüseri olduğu, baş rollarda Hülya Avşar və Cihan Ünalın çəkildiyi "Qadın İsterse" serialında Azğın Kavit obrazı ilə yadda qalan Kazım Akşardan gəlib.

69 yaşlı aktyorun ürək tutması nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Acı xəbəri sosial media hesabından paylaşan Melek Baykal; daha sonra yazıb: "Niyə, canım... Bütün bu ağrılardan əlavə, sənin dərdin də səhər bizi kövrəltdi. Bağışla, məktəb yoldaşım, həmkarım, dostum.. ...Nur içində yat. Mekanın cənnət olsun, teatr ictimaiyyətinə başsağlığı verirəm".

QAZİLƏR.AZ

Diaspora