Budulay dünyasını dəyişdi...

Budulay dünyasını dəyişdi... backend

QAZİLER.AZ REPORT.AZ saytına istinadən xəbər verir ki, SSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.

"Report"un xəbərinə görə, bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib.
M.Volontir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

O, 1934-cü il martın 9-da anadan olub. Aktyor "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.