Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada RF Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.Eyni zamanda bu il Bakı şəhərində keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə fikirlər qeyd olunub.
Qeyd olunanlarla yanaşı, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də görüş zamanı nəzərdən keçirilib.