Türk yazıçı Beynəlxalq PEN-in rəhbəri ola bilər

Türk yazıçı Beynəlxalq PEN-in rəhbəri ola bilər backend

Altı ildir PEN Dünya Yazıçılar Birliyinin rəhbəri olan kanadalı yazıçı Con Ralsto Saul oktyabr ayında vəzifəsindən istefa verəcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumatına görə Kvebekdə başa tutacaq 81-ci konqresdə birliyin yeni sədri seçiləcək.

Bir neçə gün əvvəl Beynəlxalq PEN Araşdırma Mərkəzi PEN Türkiyə rəhbəri Zeynəb Oralın, PEN Serbiya rəhbəri Vida Ognjenovicin və PEN Meksikanın rəhbəri Cennifer Klementin Beynəlxalq PEN-in sədri vəzifəsinə namizədliklərini qəbul edib. PEN sədrliyinə namizəd olmaq üçün ən azı üç ölkənin PEN Mərkəzi tərəfindən namizəd göstərilməlisiz.

Cennifer Klementi Meksika, Cənubi Afrika Respublikası və İsveç, Vida Ognjenovici Makedoniya, Portuqaliya və Serbiya, Zeynəb Oralı isə Almaniya, İngiltərə və İtaliya PEN-ləri namizəd göstərib. Yeni sədr 16 oktyabrda müəyyən olunacaq. Üç il müddətinə, seçilən sədr bütün mərkəzlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Diaspora