Azərbaycan “Eurovision-2016“da iştirakın təstiqlədi

Azərbaycan “Eurovision-2016“da iştirakın təstiqlədi backend

Azərbaycan İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində iştirak etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, Azərbaycanın milli yayım şirkəti - İctimai Televiziya və Radio Yayımları Şirkəti yaxın zamanda bu il mahnı müsabiqəsində ölkəni təmsil edəcək muğənninin seçimlərinə start verəcək.

Ötən il Avstriyanın paytaxtı Vyana baş tutan "Eurovision-2015" mahnı müsabiqəsində İsveç təmsilçisi Mons Zalmerlov "Hero" mahnısı ilə qalib gəlib. Həmin il müsabiqədə Azərbaycanı "Hour of the wolf" mahnısı ilə Elnur Hüseynov təmsil edib və 12-ci yerə layiq görülüb.

Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il "Day After Day" mahnısı ilə ölkəni təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə dueti Azərbaycana 8-ci yeri gətirib.

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti "Running Scared" mahnısı ilə müsabiqənin qalibi olublar. Bununlada 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə Bakı ev sahibliyi edib.
Azərbaycan teleməkanında Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir ili tamam olmamış onlar bu müsabiqənin yayımçısı hüququnu alır.



Diaspora