Azərbaycanlı müğənninin diski xaricdə rekord qırır - FOTOLAR

Azərbaycanlı müğənninin diski xaricdə rekord qırır - FOTOLAR backend

Xanəndə Qoçaq Əsgərov Londonda çıxan diskinin satışından bu günə qədər 90 min, İtaliyadakı diskindən isə 40 min gəlir əldə edib. Əcnəbilərin böyük maraq göstərdiyi həmin disklərin satışından gələn gəlir hər 8 aydan bir Qoçağın bank hesabına daxil olur. Diskin biri “Sarı gəlin” adlanır. Digər diskdə isə xanəndənin ifasında muğam və təsniflər toplanıb.

Publika.az-a açıqlamasında xanəndə bunları deyib: “Xaricdə bu günə qədər 4 diskim buraxılıb. Hər bir diskə tələbat yüksəkdir. Bunların ərsəyə gəlməsində YUNESKO-nun eksperti, musiqişunas Sənubər Bağırovanın zəhməti əvəzsizdir. Diski xaricdə yüksək tirajla buraxılan və bu qədər satışla gəlir götürə bilən azərbaycanlı az saydadır. Aidiyyəti şirkətlərin bizə verdiyi məlumata görə, disklər dünyanın bir çöx tərəfinə yayılıb. Azərbaycanda bir diskim işıq üzü görməyib. Amma xaricdə iki köşkdən birində diskim satılır. Eyni zamanda mötəbər festivallarda diskim satışa çıxarılır. Mahnılarımı dinləyən hər bir əcnəbi azərbaycanlı olduğumu görür. Diskdə muğamlarımız, milli alətlərimizlə bağlı geniş yazılar yer alıb. Bu disk həm də maarifləndirir. Yaxın aylarda növbəti diskin hazırlıqlarına başlayacam. Xaricdən təklif gəlib. Ənənəyə uyğun olaraq bu dəfə də muğam və xalq mahnıları, təsniflərlə diskim dünya musiqi bazarına çıxarılacaq”.
Diaspora