Murad Dadaşov Şəmistan Əlizamanlını təbrik etdi - FOTO

Murad Dadaşov Şəmistan Əlizamanlını təbrik etdi - FOTO backend

Sabah ilk hərbi diktorumuzun doğum günüdür...

Sabah Azərbaycanın ilk hərbi diktoru, hərbi mahnıların, marşların müəllifi Şəmistan Əlizamanlının doğum günüdür.

Qaziler.az xəbər verir ki, bu münasibətlə "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov Şəmistan Əlizamanlıya təbrik məktubu yollayıb. Məktubda deyilir:

"Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan hərb musiqisinə yeniliklər gətirmiş, möhtəşəm ifanızla fərqli nəsillərin sevgi və ehtiramını qazanmış dəyərli sənətkarımızsınız. Vətənpərvərlik mövzusunda oxuduğunuz mahnılar yaddaşlarda əbədi həkk olunaraq, insanlarda ruh yüksəkliyi yaradır.

Sizə uzun ömür, möhkəm can sağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar və parlaq nailiyyətlər arzu edirəm".

QAZİLER.AZ

Diaspora