Oktyabrın 9-dan 11-dək Türkiyənin Safranbolu şəhərində keçiriləcək 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalında Azərbyacan filmləri də iştirak edəcək.
Bu barədə Kulisə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Filmlər peşəkar və həvəskar kateqoriya üzrə yarışacaqlar. Festivalda ölkəmiz “Yaddaş” studiyasında lentə alınan “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasının çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri ilə təmsil olunacaq. Filmlərin rejissoru Adil Azaydır.“Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.