"Matrosskaya tişina"-ya gedən yol...

"Matrosskaya tişina"-ya gedən yol... backend

Bağ sevdası cütlüyü həbsxanaya apardı

Yəqin ki, çoxunuz uşaq vaxtı Eduard İzotovun baş rolda oynadığı Aleksandr Rounun "Qış nağılı" filminə baxmısız. Məhz bu filmdən sonra tale onun üzünə gülür. Oynadığı uğurlu bir rol, filmin ekranlara gəlməsiylə, aktyora nəinki ümumittifaq, hətta dünya şöhrəti gətirir. Yaraşığı, diksiyası aktyoru tez bir zamanda məşhurlaşdırır. Lakin 1983-cü ildə hər şey dəyişir.

Eduard İzotov 1936-cı ildə Belorussiyada anadan olmuşdur. Atası Konstantin İosofiç hərbiçi olmuş, polkovnik rütbəsinə çatana qədər xidmət etmişdir. Atasının arzusu oğlunu öz yolunun davamçısı kimi görmək idi. Lakin gənc aktyorun xəyalları səhnədə idi. O, ali təhsil almaq üçün sənədlərini kinematoqrafiya univetsitetinə verəndə belə ailəsinə bu haqda bir söz deməmişdi. 

Eduard təhsilinin ilk aylarında oxuduğu yer haqda valideynlərinə məlumat vermir. Onlar oğullarının hərbi akademiyada təhsil aldığını zənn edirlər. Bu arada o, gələcək həyat yoldaşı olacaq xanımla- İnqa Budkeviçlə tanış olur. Bir neçə aydan sonra o, İnqanı anasıyla tanış edir. Lakin anası İnqanı bəyənmədiyinə görə gənclər xəlvət nigaha daxil olurlar. Bu nigahdan onların 1960-cı ildə Veronika adlı qızları dünyaya gəlir. Veronikanın 4 yaşı olanda onun atası artıq dünya şöhrətli aktyor idi.

Baxmayaraq ki, İzotov "Qış nağılı"-na qədər bir neçə səhnəyə çəkilmişdi, amma məhz bu rol ona uğur gətirmişdi. Filmin İvanuşkası əsasən də xanım tamaşaçıların rəğbətini qazanmışdı. O, bu rola görə Sovet İttifaqının, həmçinin Venesiya Kinofestivalının mükafatını almışdı.

Lakin aktyorun həyatı gözlənilmədən dəyişir. O, 25 illik həyat yoldaşı ilə boşanır. O, məqamda aktyor montaj rejissoru olan İrina Ladıjenski ilə ailə həyatı qurur.

Cütlük artıq yaşlı olduqlarından özlərinə pul yığıb bağ evi almaq istəyir. Xanım ona məxsus qızıl pulları və xarici valyutanı satmaq qərarına gəlir. Xarici valyuta alverinə cəhd ittihamıyla cütlük  1983-cü ildə 3 illik həbs cəzası alır. O, öz cəzasını " Matrosskaya tişina" həbsxanasında çəkir. Başda Oleq Strijenov olmaqla həmkarları, tanışları, hətta keşmiş həyat yoldaşı İnqa Budkeviç onun azadlığa çıxması üçün müraciət edirlər. Məhkəmə güzəştə gedib onu ev həbsinə buraxır.

Həbsxanadan çıxan aktyor heç dəyişməmişdi. Lakin evinə çatar-çatmaz o insult keçirir və bu 4 dəfə davam edir. 

Bundan sonra aktyorun yaddaşı zəifləyir, yavaş-yavaş heç kimi tanımır. Onu qapalı tipli əsəb dispanserinə yerləşdirirlər. Aktyor 2003-cü ildə 66 yaşında vəfat edib.

QAZİLER.AZ

Diaspora