Tanınmış aktyor, uzun illərdir Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev dünyasını dəyişib. Bu haqda məlumatı aktyorun yaxın qohumu Samir Qədirov Milli.Az-a verib:
"Vəliəhd Vəliyev bir neçə saat əvvəl dünyasını dəyişdi. Bu haqda onun ailəsi biz qohumları xəbərdar edib. Tanınmış aktyor Amerikada dəfn olunacaq. Çünki o hələ sağlığında özü üçün orada yer götürmüşdü" deyə aktyorun qohumu bildirib.Qeyd edək ki, Vəliəhd Vəliyev 1952 ci ildə Daşkəsəndə anadan olub. 1979 cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Aktyor Xalq artisti Həmidə Ömərova, aktrisa Sonaxanım Mikayılova və s. ilə tələbə yoldaşı olub.
O uşaqlıq illərindən Gəncə Teatrında çalışıb və bir sıra yadda qalan rollar oynayıb. Kinostudiyada bir çox filmlərdə çəkilsə də, onu tamaşaçılar "Evlənmək istəyirəm" də Əhməd bəy rolu ilə daha çox tanıyırdılar. Aktyor uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət etsin!