İsveçrənin Arqau kantonun mərkəzi Aarau şəhərində 12-ci Federal Xalq Musiqisi Bayramı keçirir. Sentyabrın 10-da başlayan folklor festivalında ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən xalq musiqisi ifaçıları iştirak edirlər.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən bildiriblər ki, ölkəmizin ilk dəfə qatıldığı bu mötəbər musiqi bayramında 300 musiqi kollektivi olmaqla 1500 musiqiçi iştirak edir. Ölkəmizi festivalda muğam triosu və Qədim Çalğı Alətləri Ansamblının üzvləri təmsil edirlər.Qeyd edək ki, 1971-ci ildə əsası qoyulan Xalq Musiqisi Festivalı ölkənin ən tanınmış incəsənət tədbirlərindən biridir və bu il festivala 60 mindən artıq tamaşaçının qatılacağı gözlənilir.