Fuad Poladov son günlərini bu cür keçirirdi... - VİDEO

Fuad Poladov son günlərini bu cür keçirirdi... -  VİDEO backend

Son 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi.

Qaziler.az ARB-yə istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Rafiq Həşimov "O üz" verilişində mərhum xalq artisti Fuad Poladovun son günləri haqda danışarkən deyib.

Rafiq Həşimov bildirib ki, Fuad Poladov dəfn olunduğu yeri də özü seçib:

"Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə, yer götürüb. Dedi ki, yəqin burada dəfn olunaram. Evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, evlərin arxasında xeyir-şər yeri var, camaat soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim doğru olmaz, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi".

Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə xərçəngdən vəfat edib.

Diaspora