Həkim Fikrət Qoca haqda qərar verdi

Həkim Fikrət Qoca haqda qərar verdi backend

“Türkiyədə müalicə alan xalq şairi Fikrət Qocanın səhhəti stabildir”.

QAZİLƏR saytı xəbər verir ki, bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O bildirib ki, şair özünü yaxşı hiss etsə də hələ bir müddət həkim nəzarətində olmalıdır: “Çünki həkim belə qərar verib. Onun Türkiyədə müalicəsi hələ davam edəcək”.

Xatırladaq ki, şair Fikrət Qocanın səhhəti fevralın 11-də qəfildən pisləşib və o, həmin gecə Türkiyəyə aparılıb.

F.Qoca ürək xəstəliyindən əziyyət çəkir.
Diaspora