Mədəniyyət və Turizm Nazirliyi Londonda keçiriləcək beynəlxalq kitab sərgisində təmsil olunacaq.
Nazirlikdən APA-ya verilən məlumata görə, aprelin 14-dən 16-dək keçiriləcək sərgidə Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına həsr olunmuş kitab və reklam çap məhsulları, “Hədəf” və “Qələm” nəşriyyatının kitabları, habelə “Bakı-2015” Avropa Oyunları haqqında informasiyaların əks olunduğu broşür və bukletlər nümayiş etdiriləcək.Sərgidə 100-ə yaxın ölkə və 400-dən çox nəşriyyatın iştirak edəcəyi planlaşdırılır.