Mərakeşdə keçirilən 17-ci Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “Türk Çay mədəniyyəti” gündəmə gətirilib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, Türkiyənin müraciətindən sonra “Türk Çay Mədəniyyəti” YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Dünya Çay Komitəsinin hazırladığı "Dünya Çay Hesabatı"nın nəticələrinə görə, ildə adambaşına ən çox çay istehlak edən ölkələr siyahısında Türkiyə 3 kiloqramla birinci yerdədir.
QAZİLER.AZ