Qalmaqal böyüdü: Kobzonun dul arvadı əsl üzünü göstərdi - Heykəltaraş xəstəxanalıq oldu

Qalmaqal böyüdü: Kobzonun dul arvadı əsl üzünü göstərdi -  Heykəltaraş xəstəxanalıq oldu backend

İosif Kobzonun Moskvanın mərkəzində ucaldılan abidəsi ilə bağlı ciddi qalmaqal yaşanıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, abidənin ucaldılması ilə Kobzonun dul arvadı Nelli məşğul olub. Eyni zamanda, məlum olub ki, o, abidəni öhdəsinə götürən heykəltaraşın işinə tez-tez müdaxilə edib.

Musiqiçinin qızı Natalya Rappoport-Kobzonun sözlərinə görə, anası abidənin maksimum oxşarlığına nail olmağa çalışıb. O, mütəmadi olaraq bitmiş ideyaya dəyişikliklər edib və heykəltəraşa bir növ rahatlıq verməyib. Nəticədə heykəltaraşa əsəb pozğunluğuı diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib.

"Anam onun bütün jestlərini, bütün üz cizgilərini, duruşunu tutmaq istəyirdi" - deyə qızı "İnanmayacaqsan" şousunun efirində Nellinin davranışını izah edib.

Belə ki, verilişin qəhrəmanın sözlərinə görə abidənin ucaldılmasının təşəbbüskarı anası olub və bütün instansiyalara ayaq döyərək icazə alıb. "Ona görə də hər bir detalın üzərində "titrəyərək" dəyərləndirib, bütün xırda şeylərə diqqət yetirib" - deyə Kobzonun qızı vurğulayıb.

Diaspora