“Səhranın bəyaz günəşi” flminində yaddaqalan obrazlardan biri olan "Gülçatay"ı canlandıran aktrisanın indiki şəklini görənlər yəqin ki tanımazlar.
QAZİLER.AZ saytı “Səhranın bəyaz günəşi” flminin qəhrəmanlarından biri, sovet insanın yaddaşında gözəl və sadəlöhv gənc qız obrazı kimi qalan "Gülçatay"ın - Tatyana Fedotovanın sonrakı taleyi ilə maraqlanıb. Məlum olub ki, T.Fedotovanın aktyor karyerası elə "Gülçatay"la da bitib. Çünki sözügedən filmə çəkiləndən sonra aktrisa aktyorluq işini davam etdirmək istəsə də, ona əlavə rollar təklif olunmayıb. Şöhrətinin düşməsi və tam etinasızlıq fonunda sonradan o, depressiyaya düşüb.
Çarəsiz qalan Tatyana Fedotova əvvəllər təhsil aldığı ixtisası üzrə - xeroqraf kimi çalışmağa məcbur olub. T.Fedotova iş yerində tanış olduğu rejissor ilə ailə qurur. Onların iki övladı olur...
1994-cü ildə xristian dininin "Həyat mənbəyi" təriqətinə qoşulan aktrisa orada bütün varidatını itirir. Hazırda özünün kiçik mənzilində yaşayan 72 yaşlı "Gülçatay" muzeydə xadimə işləyir.
QAZİLER.AZ