Azərbaycan xalçalarının "Amazon" və bu kimi dünyanın digər onlayn alış-veriş platformalarında satışı ilə bağlı danışıqlar aparılır.
Bunu "Azərxalça" ASC-nin sədri Emin Məmmədov deyib.
O bildirib ki, gələn ildən Azərbaycan xalçalarının sözügedən platformalarda satışına başlanıla bilər.
"Biz müxtəlif beynəlxalq xalça dizaynerləri ilə danışıqlar aparırıq ki, onların yeni və müasir dizaynları bizim ənənəvi xalçaların əsasında yaradılsın. Çünki bu insanlar bir brenddirlər və bu şəxslərin Azərbaycan xalçalarını təqdim etməsi xalçaçılıq sənətinin inkişafı üçün böyük irəliləyişə səbəb ola bilər", - deyə E. Məmmədov əlavə edib.
Xatırladaq ki, ötən il “Azərxalça”nın satışdan gəlirləri 1,607 milyon manat təşkil edib.