Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi - FOTO

Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi - FOTO backend

Beynəlxalq Qremmi mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub. 

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova "Grammy balloted" artist adını qazanıb.

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. İfaçı – pianoçu, Respublikanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur. “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq “Apple Music”, “Spotify”, “Yandex Music”, “Vk Music”, “Boom”, “YouTube Music”, “Tidal”, “Deezer”, “Shazam” kimi platformalarda yerləşdirilib.

loading...
Diaspora