Martın 9-da R. Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə əməkdar mədəniyyət işçisi, aşıq Əhliman Rəhimovun anadan olmasının 60 illik yubileyi qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yubiley mərasimində elm və ədəbiyyat xadimləri, Cənubi Azərbaycandan gəlmiş aşıqlar çıxış edəcək, Aşıq Əhlimanın sözlərinə bəstələnmiş mahnılar səslənəcək.