Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib backend

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.

Bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, aktyordan ikinci dəfə götürülən COVID-19 testinin nəticəsi də pozitiv çıxıb:

"Hazırda atamın vəziyyəti o qədər də yaxşı deyil. Sentyabrın 2-də atamdan götürülən koronavirus testinin nəticəsi pozitiv çıxdı. Saturasiyası normal olsa da, bəzən oksigen çatışmazlığı ilə üzləşir. Təzyiqi və şəkər səviyyəsi normadan aşağı düşüb. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, təzyiq və şəkərin səviyyəsi normal həddə gətirilməlidir. Koronavirus testinin nəticəsi neqativ çıxdıqdan sonra isə maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməlidir".

Aktyor hazırda evindədir.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov bir neçə gün öncə müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Diaspora