“Habil Əliyev yenidən xəstəxanaya qaytarılmayacaq. Buna heç vaxt razı olmarıq. Nə olacaqsa, evdə olsun. Allah bilən məsləhətdir”.
Bunu Lent.az-a açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Onun sözlərinə görə, sənətkarın vəziyyəti orta-ağır olaraq qalır. H. Əliyevin vəziyyəti hər dəqiqə dəyişir: “Nə yaxşı deyə bilərik, nə də pis. Allaha ümid bəsləyirik. Allaha yalvarıb kömək istəyirik. Həkimlər, tibb bacıları əlindən gələni edirlər, 24 saat yanındadırlar. Gecəni də burada qalırlar. Evdə elə şərait yaradılıb ki, xəstəxana kimidir, hər şey var. Reanimasiya kimi böyük bir otaq qurulub. Həkimlər başının üstündədirlər. Habil özü də xəstəxanada qalmaq istəmədi deyə evə gətirdik. Süni nəfəs aparatına qoşulmayıb. Amma oksigen verilir. Huşu hərdən gəlir, hərdən gedir, hərdən danışır. Halbahal olur”.Xatırladaq ki, avqustun 16-da xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. O, avqustun 22-də xəstəxanadan evə buraxılıb.