Məşhur dünya şöhrətli amerikalı kinorejissor və aktyor Ues Kreyven üzün sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib
AZƏRTAC "CNN türk" telekanalının saytına istinadla xəbər verir ki, rejissorla vida mərasimi Los-Ancelesdə keçirilib.
Ues Kreyven dəhşət filmləri janrının klassiklərindən hesab olunurdu. 1972-ci ildə çəkdiyi "Soldan sonuncu ev" debüt filmi ona şöhrət gətirib. Rejissor dünya şöhrətini isə "Vyazov küçəsində dəhşət" filmindən sonra qazanıb. O, həmçinin son dövrlərdə çəkilən silsilə "Çığırtı" filmlərinin rejissorudur.
Qeyd edək ki, xeyli sayda filmə quruluş verən kinorejissor öz karyerası ərzində 30 filmə çəkilib.