Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əsl adı Fahrettin Cüreklibatur olan Cüneyt Arkın 1937-ci ildə Əskişəhərin bir kəndində anadan olub.
"Yeşilçam"ın usta aktyorunun dünən axşam saatlarında səhhətində problem yaranıb. O, Beşiktaş Ulusdakı özəl xəstəxanalardan birinə aparılıb və orada vəfat edib.
Türk kinosuna damğa vuran, yüzlərlə filmdə rol alan Cüneyt Arkın çox sayda mükafatlar alıb.
Yoxsulluq içində böyüsə də, çox çalışaraq İstanbul Universitetinin Tibb fakültəsiniə daxil olub və həkim ixtisasına yiyələnib..
1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamı yarışmasına girən Arkın birinci olub.
Karyerasında dönüş nöqtəsi 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasıdır.
Əsgərlikdən sonra Arkın kinoya 1964-cü ildə Halit Refiqin "Qurbet Kuşları" filmi ilə ilk addımını atıb.