Elektron kitabxana üzrə daha bir treninq

Elektron kitabxana üzrə daha bir treninq backend

Sentyabrın 17-də dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər), eləcə də digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün "Elektron kitabxana idarəedilməsi" mövzusunda təlim keçiriləcək.


Təlim ALISA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. İştirakçılara müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.
Kitabxanaçılar işin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. barədə faydalı məlumatlar əldə edəcəklər. Peşəkar mütəxəssislər tərəfindən keçiriləcək treninqdə iştirak pulsuzdur və iştirakçılara sertifikat təqdim olunacaq.
İştirak etmək istəyənlər aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilər: seminar.ultra.az/alisa
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan bir neçə paytaxt və rayon-şəhər kitabxanalarında, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə komponenti tətbiq edilib. ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. Sistem Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra Technologies" şirkəti tərəfindən hazırlanıb.
Diaspora