Qaziler.az saytı AzərTAc-a istinadən xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən II Noida beynəlxalq film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Mükafat fevralın 14-də Hindistanın Dehli şəhərində təqdim olunacaq.Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 27 beynəlxalq kinofestival və forumlarda iştirak edib, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və diplomlar alıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Ekran əsərinin süjeti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən dəyişiklər üzərində qurulub.