Xalq artisti Ramiz Əzizbəyli səhhəti ilə bağlı danışıb. Sənətkar Lent.az-a açıqlamasında müalicəsini ev şəraitində davam etdirdiyini, özünü yaxşı hiss etsə də yeriməyində hələ də problem olduğunu vurğulayıb: “Əhval-ruhiyyəm yaxşıdır.
Müalicələrin təsiri var. Dərmanları da getdikcə azaldıram. Həkimə gedib-gəlirəm, müayinə edirlər. Hər şey yaxşıdır. Hamıya minnətdaram. Şəhərə, küçəyə çıxıram, gəzirəm. Sərbəst yeriyə bilmirəm, bir az qıçımı çəkirəm. O da yaşımla bağlıdır. Şükür, yataqda deyiləm. Yaradıcılığımı dayandırmışam. Artıq təqaüddəyəm, universitetə də gedib-gəlmirəm”.Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”

