Xocalı soyqırımı (Qatillər) adlı sənədli film çəkilib

Xocalı soyqırımı (Qatillər) adlı sənədli film çəkilib backend

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstək Şurasının maliyyələşdirdiyi Erməni Təcavüzünün Tanıdılması İB-nin layihə çərçivəsində İçtimai Televiziyada Xocalı soyqırımı (Qatillər) sənədlİ filim çəkilmişdir. Bu barədə QAZİLER.AZ saytına təşkilatın rəhbəri Səriyyə Müslümqızı məlumat verib. Filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motaatıcı alay və erməni birləşmələri tərəfindən törədilən soyqırım və əcnəbi jurnalistlərin müsahibələri öz əksini tapmışdır. Alayın komandiri Y.Zabriqarovun göndərdiyi hərbi maşınla jurnalistlərin Ağdamın Qraağacı qəbristanlığı yağınlığında Xankəndinə yola düşmələri Amerikanın səsi radio stansiyasının repartyoru Tomas Qolsun müsahibəsi göstərilir. Xankəndinə səfər edən Rusiyanın prezidenti B. Yeltsenin və Qazağstanın pezidenti N. Nazarbayevin çıxışları, ermənilərin türk jurnalisti Polad Yılmaz və Nadejda İsmayılovaya təhqiramiz ifadələr işlətmələri onların son dərəcə azğınlaşmalarından xəbər verir.

Xarici Diiər Univeristetinin alman dili müəllimi ogünlərdən söhbət açaraq tərcüməçilik etdiyi jurnalistlərin çalışdıqları mətbuatda Xocalı soyqırımı haqqında yazdıqlarını söyləyir. Bu filim Xocalı soqırımının daha çox ölkələrdə tanıdılmasına imkan verəcək. Yuxarıda adı çəkilən filmi İçtimai Televiziyanın Kino və dubliyaj departamentinin böyük redaktoru İmran Bədirxanlı və böyük rejisoru Çehun Cümşüdov ərsəyə gətirmişlər. Gələcəkdə də belə filimlərin cəkilməsinə geniş imkanlar yaradılmalıdır. Onda Xocalı soyqırımı daha çox ölkələrdə tanına bilər.Erməni yalanı ayaq tutsada yeriyə bilməz.
Diaspora