“Avropanın ən yaxşı bəstəkarı“ müsabiqəsinin qalibi məlum olub

“Avropanın ən yaxşı bəstəkarı“ müsabiqəsinin qalibi məlum olub backend

erlində ənənəvi olaraq hər il keçirilən "Young Euro Classic" musiqi festivalı çərçivəsində "Avropanın ən yaxşı bəstəkarı" müsabiqəsinin nəticəsi açıqlanıb.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Avropa Gənclik Orkestrinin və Almaniya Dostluq Qrupu Dərnəyinin təşkilatçılığı ilə reallaşan festival çərçivəsində təqdim olunan mükafata türk əsilli, gənc pianoçu-bəstəkar Sinem Altanın "Hafriyat" adlı əsəri layiq görülüb. Böyük orkestrlər üçün yazılan bu musiqi əsəri Avropa üzrə gənc bəstəkarların təqdim etdiyi 9 klassik musiqi əsəri arasından seçilib.

Festivalda bu əsəri Türkiyə Gənclik Filarmoniyası Orkestrinin (TGFO) böyük musiqi kollektivi ifa edib.

Qeyd edək ki, gənc bəstəkara bir sıra mükafat və hədiyyələrlə yanaşı, 5 min avro pul da təqdim olunub.
Diaspora