Millət vəkili Munis Şərifovu təbrik etdi - FOTO

Millət vəkili Munis Şərifovu təbrik etdi -  FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış kaman ustası, Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifovla görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb. 

Qaziler.az deputatın təbrik mesajını təqdim edir:

“Hörmətli Munis müəllim,

Sizi, tanınmış Azərbaycan musiqiçisini, sevilən Xalq artistimizi anadan olmağınızın 60-cı ildönümü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkarlardansız. Kamança və çəqanə ifaçısı olaraq məşhursuz. Azərbaycanda yeganə çəqanə ifaçısı sayılırsız. Uzun illərdir Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysterisiz. Ansamblın tərkibində bir çox dövlət tədbirlərində, xarici ölkələrdə, o cümlədən UNESCO-nun tədbirlərində uğurlu çıxışlar etmisiz. Qədim musiqi alətləri  ansamblının ifasında UNESCO-nun xətti ilə kompakt-disk buraxılmışdır.

Bir neçə dəfə Prezident Mükafatına layiq görülmüsüz. 19 sentyabr 2016-cı ildə isə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə Xalq artisti fəxri adı ilə təltif olunmusuz.

Sizi bütün uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımızı yetirirəm”!

Qənirə Paşayeva yubilyara Təbrik Məktubu təqdim edib, xatirə hədiyyəsi bağışlayıb.

Xalq artisti Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

Diaspora