Xalq artisti Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir.
Bu barədə Xalq artisti Ağadadaş Ağayev və A.Bəşirqızı “Günün sədası” verilişində danışıblar:
Aparıcı Nanə Ağamalıyeva A.Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. Verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev də bunu təsdiqləyib.
“Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib”, - A.Ağayev deyib.
“Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndik, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq”, - Afaq Bəşirqızı qeyd edib.