Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək backend

Oktyabrın 29-da Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, gecədə Müslüm Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertə biletləri “iTicket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkündür.

Diaspora