Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə  AĞIR İTKİ backend

Əməkdar artist, xanəndə Qoçaq Əsgərova ağır itki üz verib.
 
Qaziler.az xəbər verir ki, sənətçinin atası Məhərrəm Əsgərov dünyasını dəyişib.

Qeyd edək ki, Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olan, 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülən Qoçaq Əsgərov Qarabağ qazisidir. O, I Qarabağ müharibəsinin iştirakçısıdır. 

Tanınmış xanəndə eyni zamanda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun mədəniyyət səfiridir.

“Qarabağ qaziləri” ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun və Qaziler.az saytının kollektivi Qoçaq Əsgərova atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, allahdan səbir diləyir!

Allah rəhmət eləsin!

Diaspora