Məşhur rus aktryoru Lev Durov gecə xəstəxanada dünyasını dəyişib. Məşhur aktyor, SSRİ-nin xalq artisti Lev Durov bu gecə vəfat edib. Hamı tərəfindən sevilən aktyorun 83 yaşı olub. ANS PRESS-in məlumatına görə, aktyor avqustun 20-sə keçən gecə Moskvanın Birinci Şəhər xəstəxanasında keçinib. Sənətkarın qızı Yekaterina deyir ki, öz həyatının son iki həftəsini aktyor xəstəxanada keçirib. Durovu insult keçirtdiyinə görə xəstəxanaya yerləşdirsələr də, müayinədən sonra ona "kəskin ürək çatışmazlığı" diaqnozu qoyulub.
L. Durov 1931-ci il dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən etibarən Malaya Bronnaya küçəsində yerləşən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox filmə çəkilib. İlk filmi 1955-ci ildə Leonid Malyuqinin “Dobroye utro” filmi olub.
L. Durov “Baharın 17 anı”, “Qoca quldurlar”, “Mən Moskvada addımlayıram”, “Böyük tənəffüs” kimi populyar filmlərdə rol alıb.
Aktyor “Azərbaycanfilm” Kinostudiyasında çəkilən və Polad Bülbüloğlunun baş rolu ifa etdiyi “Qorxma, mən səninləyəm” filmində San Sanıç rolunu canlandırıb.
"Qorxma, mən səninləyəm" filmində San Sanıç rolu