Əməkdar artist Ərdoğanı təsirləndirən ifasından YAZDI

Əməkdar artist Ərdoğanı təsirləndirən ifasından  YAZDI backend

Əməkdar artist Fərqanə Qasımova “Dubay Expo 2020” sərgisindəki çıxışı ilə bağlı açıqlama yayıb.


Modern.az xəbər verir ki, xanəndə bu barədə instaqram hesabında paylaşım edib. O bildirib ki, sərgi üçün xüsusi çıxış hazırlayıblar.

“Təqdim etdiyimiz kompozisiyada maraqlı sintez yaratmışdıq. Bu parçada “Simayi Şəms” muğamı üzərində Türk marşının sözləri Qarabağ şikəstəsinə keçir və türkün qələbə ruhu ilə tamamlanır. Cənab Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan pavilyonunda əyləşərək ifamızı sona qədər dinləməsi hamımız üçün qürurverici bir jest oldu. Onu müşayiət edən dünya mediası musiqimizə göstərilən bu hörmətə və böyük rəğbətə şahid oldu. Sonra bizə Türkiyə prezidentinin xahişini çatdırdılar, qədim türk mahnısı “Sarı gəlin”i oxumamızı rica etdilər. Böyük məmnuniyyətlə ifa etdik. Cənab Ərdoğanın öz çıxışında “Sarı gəlin”i xüsusi qeyd etməsi isə qədim, milli musiqimizin yüksək səviyyədə təbliği idi.

Çıxışımız bitəndə Ərdoğan və dövlət adamları ilə qısa söhbətimiz baş tutdu və xatirə fotosu ilə bu unudulmaz gün tarixə yazıldı. Bizi möhtəşəm tədbirdə Azərbaycanı təmsil etmək şərəfinə layiq bildikləri üçün Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk”, - Fərqanə Qasımova qeyd edib.

Diaspora