Xalq artisti Həmidə Ömərova uzun fasilədən sonra yenidən aparıcılıq edəcək.
Kult.az xəbər verir ki, bu haqda aktrisa özü paylaşım edib.
O bildirib ki, aparıcılıq edəcəyi proqram Kanal S-də yayımlanacaq.
H.Ömərova verilişin həftənin şənbə günü efirə gedəcəyini vurğulayıb.
Qeyd edək ki, H.Ömərova indiyədək "Retro”, "Kinoştrix”, "Seans” kimi verilişlərin aparıcısı olub.